QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanın baş naziri: "Münaqişənin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb"

© Photo : REPORTBaş nazir Artur Rasizadə
Baş nazir Artur Rasizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Artur Rasizadə: "Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirərək münaqişəni uzatmağa çalışır"

BAKI, 16 mart — Sputnik. "Təəssüflə qeyd edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında baş nazir Artur Rasi-zadə hökumətin ötən il üzrə hesabatını təqdim edərkən deyib.

Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Azərbaycanda qeyri-neft sektorunda 2,7 faiz artım baş verib"

Baş naziri bildirib ki, bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişəni uzatmağa çalışmasıdır: "Dövlət başçısı hamımızın ağrılı yeri olan bu məsələni gündəlik diqqətdə saxlayır".

A.Rasi-zadə qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli ilə yanaşı, hərb variantının da mümkünlüyü nəzərə alınaraq, ordumuzun hərbi gücü artırılır: "Ordumuzun maddi-texniki təminatı gücləndirilir, müasir silah və sursatla təmin olunur".

"2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Müdafiə sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Müdafiə sənayesinin inkişafı üçün bu sahəyə ayrılan vəsait 13,5 dəfə artırılıb. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar xarici ölkələrə də ixrac olunur".

Xəbər lenti
0