22:51 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Xocalını anım tədbiri

Türkiyədən Hollandiyaya Xocalı "şilləsi" - VİDEO

© Sputnik / Murad Orujov
QARABAĞ
Qısa URL
459 0 0

"Uydurma 1915-ci il hadisələri ilə bağlı əleyhimizə qərar çıxaranlar Xocalı qətliamını nə ilə izah edəcəklər?"

BAKI, 27 fevral — Sputnik. Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı (Devlet Bahçeli) qondarma "erməni soyqırımı"nı tanıyan Hollandiya dövlətinə sərt ismarıclar göndərib. Sputnik Türkiyə xəbər verir ki, Baxçalı 1915-ci il hadisələrini soyqırımı kimi tanıdığını açıqlayan Hollandiyaya Xocalı faciəsini xatırladıb.

"Uydurma 1915-ci il hadisələri ilə bağlı əleyhimizə qərar çıxaranlar Xocalı qətliamını nə ilə izah edəcəklər? Hollandiya nə etməyə çalışır? Bosniyadakı müsəlman qətliamına göz yuman əsgərlərinizi nə edəcəksiz? 16-cı əsrdə elçilərinizin İstanbula gəlib sultanın əlini-ətəyini öpdüyünü unutmadıq", — partiya sədri deyib.

"Hollandiya getsin öz iyrənc tarixinə baxsın. Soyqırım soysuzların işidir. Türk düşmənlərinin ortaq adıdır. Bizim keçmişimiz tərtəmiz, gələcəyimiz də parlaqdır", — Dövlət Baxçalı bildirib.

Əlaqədar

Umudov: "Xocalı soyqırımının ildönümü ərəfəsində erməniyə uduzmağa haqqımız yox idi"
Hollandiyada Xocalı faciəsi anılıb
Mübariz Mənsimov: "Xocalı sakinləri Azərbaycan vətəndaşı olduqları üçün öldürülməyiblər"
Prezident Xocalı abidəsini ziyarət edib
Teqlər:
Devlet Bahçeli, Xocalı faciəsi, Dövlət Baxçalı, Milliyətçi Hərəkat Partiyası, qondarma "erməni soyqırımı", MHP, Türkiyə

Əsas mövzular