QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zaxarovadan Qarabağın taleyi ilə bağlı bəyanat

© Sputnik / Mikhail Voskresenskiy / Mediabanka keçidRusiya XİN-in nümayəndəsi Mariya Zaxarova
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflərin planlaşdırdığı bütün işlərin həyata keçirilməsində fəal iştirak edirik

BAKI, 15 fevral — Sputnik. "Rusiyanın Qarabağ münaqişəsinin həllini tapacağına ümidi var".

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Azərbaycan, Ermənistan və Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini necə görməsi ilə bağlı suala cavabında bildirib.

"Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında razılaşmaların həyata keçirilməsində aktiv iştirak edir. Ümid var ki, bu münaqişə həllini tapacaq. Biz bu məsələyə diqqət ayırırıq. Ən başlıcası isə, tərəflərin planlaşdırdığı bütün işlərin həyata keçirilməsində fəal iştirak edirik", – deyə Rusiya XİN sözçüsü qeyd edib.

Xəbər lenti
0