13:19 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
QARABAĞ
Qısa URL
108610

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb

BAKI, 8 fevral — Sputnik. "Cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb".

Bunu Sputnik Azərbaycan-a, Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın, guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edərkən Müdafiə Nazirliyindən bildiriblər.

"Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir" — nazirlikdən qeyd olunub.

Əlaqədar

Müdafiə naziri cəbhə xəttinə gedib
Cəbhədə yenə silah səsləri eşidilib
Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb
Müdafiə Nazirliyi cəbhə xəttində baş verənlərlə bağlı bəyanat yaydı
Teqlər:
silahlı qüvvələr, Ermənistan, mövqe, Azərbaycan ordusu, Füzuli istiqaməti, cəbhə xətti

Əsas mövzular