06:44 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Azərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli

Cəbhədə yenə silah səsləri eşidilib

© REUTERS / Zulfiya Safkhanova
QARABAĞ
Qısa URL
18 0 0

Ermənistan silahlı qüvvələri Ağstafa, Qazax və Tovuzun kəndlərini atəşə tutub

BAKI, 28 yanvar — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

 

Əlaqədar

Cəbhədə bütün istiqamətlərdə atəşkəs pozuldu
Atəşkəsin pozulması intensivliyi artıb
Cəbhədə bütün istiqamətlərdə atəşkəs pozuldu
Ermənistan atəşkəsi pozmaqda davam edir
Yenə atəşkəs xəbəri var
Teqlər:
Ermənistan silahlı qüvvələri, Atəşkəsin pozulması, cəbhə

Əsas mövzular