12:16 21 Yanvar 2018
Canlı yayım
Штаб-квартира ЕС в Брюсселе

Avropa İttifaqı Qarabağla bağlı bəyanat yaydı

© AP Photo/ Virginia Mayo
QARABAĞ
Qısa URL
303 0 0

Avropa İttifaqı münaqişələrin ciddi narahatlıq doğuran humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndirir

BAKI, 13 yanvar — Sputnik. Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa parlamentinin rəsmi saytında qeyd olunub.

Bəyanatda deyilir ki, Dağlıq Qarabağ, həmçinin Gürcüstan və Moldovadakı münaqişələr hər zaman olduğu kimi Avropa İttifaqının diqqətindədir və Aİ bu münaqişələrin həllində ATƏT-in fəaliyyətini yüksək qiymətləndirir.

Bəyanatda, həmçinin qeyd olunur ki, Avropa İttifaqı münaqişələrin ciddi narahatlıq doğuran humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndirir.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano deyib ki, İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir. Nazir bildirib ki, bu il ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata üzv olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur.

Əlaqədar

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb
Mollazadə: “Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi imzalayacaq”
Avropa İttifaqı Cənubi Qafqazın "altına" mina qoymağı bacarıb
Vəlizadə: “Azərbaycan gələn ilin əvvəllərində Avropa İttifaqı ilə saziş bağlayacaq”
ABŞ və Avropa İttifaqı "Kürdüstan"la bağlı mövqeyini ortaya qoydu
Teqlər:
Ancelino Alfano, Dağlıq Qarabağ münaqişəsi, Avropa İttifaqı, İtaliya, ATƏT-in Minsk qrupu, bəyanat

Əsas mövzular