14:58 21 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Angelino Alfano, İtaliya xarici işlər naziri

ATƏT-in yeni sədrindən vacib Dağlıq Qarabağ bəyanatı

© AFP 2018 / OLIVIER MORIN
QARABAĞ
Qısa URL
332 0 0

ATƏT-in Minsk qrupu formatı çərçivəsində 3 həmsədr ölkə-ABŞ, Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdləri davam etdirəcəklər

BAKI, 2 yanvar — Sputnik. "İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilatın hazırda dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyətini gücləndirəcək". 

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu yanvarın 1-dən təşkilata sədrlik etməyə başlayan İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu formatı çərçivəsində 3 həmsədr ölkə-ABŞ, Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdləri davam etdirəcəklər: "İtaliya bir sıra mövcud formatlar vasitəsilə uzunsürən münaqişələrin həlli üzrə ATƏT-in fəaliyyətini gücləndirəcək. ATƏT məkanında olan münaqişələrin həlli üçün formatlar məlumdur. 2008-ci ildə Gürcüstanda baş verən münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə Cenevrə beynəlxalq müzakirələr formatı yaradılıb. Moldovanın Dnestryanı bölgəsindəki münaqişənin həlli üçün "5 + 2" formatı mövcuddur. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində 3 həmsədr ölkə ilə birlikdə cəhdlərimizi davam etdirəcəyik".

Əlaqədar

Azərbaycan XİN-dən ATƏT-in Minsk Qrupunun həmsədrinə sərt etiraz
Azərbaycan ATƏT-in Minsk Qrupu qarşısında tələb qoydu
ATƏT PA sədri Azərbaycana gəlib
ATƏT müşahidəçiləri təmas xəttinə yollanacaqlar
Atəşkəs Tovuzda pozuldu, ATƏT başqa yerə getdi
Teqlər:
Angelino Alfano, ATƏT, Minsk Qrupu, Dağlıq Qarabağ, bəyanat

Əsas mövzular