04:08 14 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Maksim Şevçenko, rusiyalı politoloq

Rusiyalı politoloqdan Qarabağ açıqlaması: "Münaqişə ona görə yaradılıb ki..."

© Sputnik / Aleksandr Shalgin
QARABAĞ
Qısa URL
79210

Maksim Şevçenko: “Bəzən deyəndə ki, Rusiya ötən əsrin 90-cı illərində Qarabağla bağlı yanlış mövqe tutub, bu, mənim xətrimə dəyir”

BAKI, 23 dekabr — Sputnik. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun siyasi liderləri olan Rusiya, İran və Türkiyə olmadan həll edilə bilməz. Rusiya, İran və Türkiyənin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər”.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda rusiyalı telejurnalist, politoloq Maksim Şevçenko deyib.

Dünyanın ciddi dəyişikliklərə hazır olduğunu vurğulayan M.Şevçenko bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamasından yorulub: “Dağlıq Qarabağ münaqişəsi ona görə yaradılıb ki, gələcəkdə digər münaqişə ocaqları meydana gəlsin. Bəzən deyəndə ki, Rusiya ötən əsrin 90-cı illərində Qarabağla bağlı yanlış mövqe tutub, bu, mənim xətrimə dəyir. O vaxtlar Rusiya Vaşinqtondan idarə olunurdu. Yeltsin-Qaydar rejimi ABŞ tərəfindən yönləndirilirdi”.

Politoloq imkanlı erməni biznesmenlərinin ABŞ prezidentinə birbaşa çıxışı olduğunu da xatırladıb.

Əlaqədar

Səfir: “Qarabağ münaqişəsinin həlli yetişib”
Qarabağ döyüşçüsü məktəblilərə gerçək hərbi həyatdan danışdı
Qarabağ bölgəsinin 300 illik tarixinin şahidi
İslam mənsubiyyəti, Qarabağda dolaşan yəhudi ruhları, yoxsa...?
Sirr açılır: Qarabağ kətəsi məşhur sovet komediyasına necə düşüb – Foto
Teqlər:
Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər, Maksim Şevçenko, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həll

Əsas mövzular