03:23 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
324 0 0

"Diplomatiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır"

BAKI, 20 noyabr — Sputnik. "Dağlıq Qarabağ probleminin mövcudluğu heç kimi razı salmır, bu münaqişənin həlli yollarını axtarmalıyıq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra Bakıda keçirilmiş brifinqdə deyib.

O bildirib ki, RF ATƏT-in Minsk qrupunun həmsədri kimi son görüşlərdə əldə olunmuş və hamını razı salan razılaşmalar əsasında həll istiqamətində çalışacaq.

"Diplomatiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır" — deyə Lavrov bəyan edib. 

Nazirin sözlərinə görə, nizamlama prosesində irəliləyişə nail olmaq üçün tələb edilən bütün addımlar, tədbirlər, razılaşmalar dəsti masa üzərindədir.

"Bu dəst 1997-ci ildən etibarən, sonra 1999-cu ildə dəfələrlə həmsədrlər tərəfindən ümumiləşdirilib, ardından 2011-ci ildəki sənədlər olub. Onlardan çoxu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının arxivindədir" — Lavrov bildirib.

O, oxşar yanaşmaların dəfələrlə həmsədr ölkələrin — Rusiya, ABŞ və Fransanın həm nazirləri, həm də prezidentləri səviyyəsində bəyanat şəklində təqdim edildiyini xatırladıb. 

Cəbhə bölgəsi
© Sputnik / Murad Orujov

XİN başçısının sözlərinə görə, bütün bu sənədlər paket kimi təqdim olunub və bu və ya digər tərəfi razı salan hansısa elementi aradan qaldırmaq üçün yol tapmaq çox çətindir, çünki qarşı tərəf dərhal balansın pozulduğunu bildirir.

"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas tələbi olan atəşkəsin elan edilməsinin ardından ATƏT-in Minsk qrupunun yaradıldı. Azərbaycan torpaqlarının azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə bağlı bütün məsələlər danışıqlar yolu ilə həll edilməli olan vəzifə kimi qarşıya məqsəd qoyulub. Biz də məhz bu işlərlə məşğul oluruq" — nazir vurğulayıb.

Əlaqədar

Dağlıq Qarabağ mövzusunun üstündən sükutla keçildi
Qarabağ nizamlanması bu prezidentlərin görüşünün əsas mövzularından olacaq
Türkiyə dövlət başçısından Dağlıq Qarabağ sözü
Türkiyənin müdafiə nazirindən mühüm Qarabağ bəyanatı
Teqlər:
Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupu, Elmar Məmmədyarov, Sergey Lavrov, ABŞ, Fransa, Rusiya

Əsas mövzular