10:58 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
QARABAĞ
Qısa URL
657 0 0

Qarabağa qanunsuz keçən 4 tanınmış Türkiyə vətəndaşı haqda cinayət işi açılıb

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu, biri siyasətçi, biri yazıçı, ikisi tanınmış jurnalist olmaqla, 4 nəfər Türkiyə vətəndaşı barəsində cinayət işi açıb.

Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, siyasətçi Ufuk Uras, yazıçı Sait Çetinoğlu, jurnalistlər Ali Bayramoğlu və Erol Katırcıoğlu, rəsmi Bakının icazəsi olmadan Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə səfər ediblər. Üstəlik onlar, qondarma Respublikanın rəhbərliyi ilə də görüş keçiriblər.

1 / 3
Yazıçı Sait Çetinoğlu

Azərbaycan Baş Prokurorluğunun yazılı bəyanatında qeyd olunur: "Biz təyin etdik ki, adları çəkilən şəxslər 22 sentyabr tarixində, Azərbaycan rəsmi qurumlarının icazəsi olmadan Ermənistan üzərindən Dağlıq Qarabağa keçiblər. Onlar dövlət sərhəddini qeyri-qanuni keçdikləri üçün haqlarında cinayət işi açılıb".

Rəsmi Bakı həmin şəxslərin tutularaq Azərbaycana təhvil verilmələri üçün Türkiyə dövlətinə müraciət ünvanlayıb.

Əlaqədar

Qarabağ münaqişəsinin həllində köklü dəyişiklik olacaq
Bakıya gələn erməni deputat: "Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmayaq"
Ermənistanın müəmmalı Qarabağ bəyanatının şifrəsi çözülür
Nazir Qarabağ münaqişəsinin həlli şərtini açıqladı
Teqlər:
Azərbaycan Respublikasının Baş prokurorluğu, siyasətçi, Dağlıq Qarabağ, yazıçı, Türkiyə, cinayət işi, səfər, jurnalist

Əsas mövzular