08:28 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
1009 0 0

Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Eduard Nalbandyanın görüşü baş tutub.

BAKI, 24 sentyabr — Sputnik. Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri — Elmar Məmmədyarov və Eduard Nalbandyanın görüşü baş tutub. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa),  Endryü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli müzakirə olunub.

Görüş zamanı Minsk Qrupu həmsədrlərinin oktyabrda Dağlıq Qarabağa səfəri barədə razılıq əldə edilib.

Burada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması ilə bağlı məsələ də müzakirəyə çıxarılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini deyib. O, münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bildirib.

Əlaqədar

Qarabağın taleyi Nyu-Yorkda həll olunur
Teqlər:
Minsk Qrupu, Ermənistan, Azərbaycan, Elmar Məmmədov, Edvard Nalbandyan, Nyu-York

Əsas mövzular