10:12 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Milli Məclisdə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair beynəlxalq konfrans keçirilir

Bakıya gələn erməni deputat: "Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmayaq"

© Photo: AZƏRTAC
QARABAĞ
Qısa URL
73 0 0

Armen Aşotyan: "Bu konfrans bizim üçün çox vacibdir, çox sağ olun ki, bizi dəvət etmisiniz"

BAKI, 22 sentyabr — Sputnik. "Burada humanist mühitdən istifadə edib Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmayaq. Qarşılıqlı nifrət aşılamayaq. Bizim gələcək nəsillərin bu düşmənçiliyi davam etdirməsinə şərait yaratmayaq. Xahiş edirəm, belə etməyin".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ermənistanın "Avronest" PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan, Milli Məclisdə "Avronest" Parlament Assambleyasının "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi" mövzusunda keçirilən konfransında deyib.

"Biz Avropa ailəsinin üzvüyük. Bu konfrans bizim üçün çox vacibdir. Çox sağ olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır" — Aşotyan bildirib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov isə bildirib ki, Azərbaycanda xalqlararası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmir: "O cümlədən erməni xalqına nifaq və dözümsüzlük Azərbaycan məktəblərində təbliğ edilmir. Biz Azərbaycan torpaqlarının işğalı faktından danışırıqsa, problemin kökünü başa düşməliyik. İnsanlar bütün tarixi həqiqətləri bilməlidirlər".

Əlaqədar

Avropada erməni təxribatının qarşısı alınıb
Azərbaycan Avropa İttifaqına çağırış etdi: Qətiyyətli olun
Bakıda "Avronest" Parlament Assambleyasının konfransı keçirilir
Teqlər:
Armen Aşotyan, Dağlıq Qarabağ mövzusu, "Avronest" PA

Əsas mövzular