20:04 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov

Azərbaycan Avropa İttifaqına çağırış etdi: Qətiyyətli olun

© Sputnik / Murad Orujov
QARABAĞ
Qısa URL
27 0 0

Xələf Xələfov: "Ermənistan işğal etdiyi torpaqları öz ərazisi kimi təqdim edir, Avropa İttifaqı bununla bağlı qətiyyətli mövqe ortaya qoymalıdır"

BAKI, 22 sentyabr — Sputnik. "Ermənistan "Şərq tərəfdaşlığı" proqramının üzvüdür, amma bu ölkə Azərbaycanın ərazilərini işğal edib, Azərbaycanın tarixi abidlərini dağıdıb. Ermənistan işğal etdiyi torpaqları öz ərazisi kimi təqdim edir. Avropa İttifaqı bununla bağlı qətiyyətli mövqe ortaya qoymalıdır".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Milli Məclisdə "Avronest" Parlament Assambleyasının (PA) "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi" mövzusunda keçirilən konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan status-kvonu saxlamaqla məskunlaşma siyasəti aparır: "Xaricdə yaşayan ermənilər və digərləri bu siyasətə uymamalıdırlar. Münaqişənin həlli regionun sosial tərəqqisinə, iqtisadi inkişafına təkan verəcək".

"Azərbaycan münaqişənin həllində maraqlıdır. Ümid edirik mövqeyimiz bundan sonra da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və İttifaqla əməkdaşlığa önəm verir" — Xələfov əlavə edib.

Əlaqədar

Politoloq: “Azərbaycan və Avropa İttifaqının münasibətləri intensivləşir”
“Azərbaycan nə Avropa, nə də Avrasiya İttifaqına üzvlüyü düşünmür”
Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa etdi
Teqlər:
Xələf Xələfov, Ermənistan, Azərbaycan, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı, işğal

Əsas mövzular