13:51 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
QARABAĞ
Qısa URL
77 0 0

"İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabı və "Böyük qayıdışın başlanğıcı - Cocuq Mərcanlı" filmi təqdim edilib

BAKI, 21 sentyabr — Sputnik. Bu gün "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük qayıdışın başlanğıcı — Cocuq Mərcanlı" filminin təqdimat mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov önəmli açıqlamalar verib.

"İşğaldan azad edilən Cocuq Mərcanlı ilə bağlı görülən işlərdə məqsəd — dünya ictimaiyyətinə erməni işğalından azad edilmiş bir kəndin vəziyyətini çatdırmaq idi. Biz buna nail olduq. Cənab Prezidentin tapşırığı var ki, o kənddə nə baş versə, hamısı qeydə alınmalıdır. Və gedən proseslər bundan sonra da kitab şəklində hazırlanmalıdır" — Komitə sədri bildirib.

  • Təhsil naziri Mikayıl Cabbarov
    Təhsil naziri Mikayıl Cabbarov
    © Sputnik / Murad Orujov
  • Milli Məclis sədrinin müavini Bahar Muradova
    Milli Məclis sədrinin müavini Bahar Muradova
    © Sputnik / Murad Orujov
  • Milli Məclisin deputatı Bəxtiyar Sadıqov
    Milli Məclisin deputatı Bəxtiyar Sadıqov
    © Sputnik / Murad Orujov
  • Cocuq Mərcanlı sakini Oqtay Həziyev
    Cocuq Mərcanlı sakini Oqtay Həziyev
    © Sputnik / Murad Orujov
  • Cocuq Mərcanlı filminin təqdimat mərasimi
    Cocuq Mərcanlı" filminin təqdimat mərasimi
    © Sputnik / Murad Orujov
  • Cocuq Mərcanlı filminin təqdimat mərasimi
    Cocuq Mərcanlı" filminin təqdimat mərasimi
    © Sputnik / Murad Orujov
1 / 6
© Sputnik / Murad Orujov
Təhsil naziri Mikayıl Cabbarov

Mərasimdə çıxış edən millət vəkili Bəxtiyar Sadıqov "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabı haqqında məlumat verib. O bildirib ki, kitabda tanınmış politoloqların, siyasətçilərin, müxtəlif sahələrdə çalışan insanların rəyi ilə yanaşı, baş verən hadisələrə beynəlxalq qiymətin izləri də yer alıb.

"Bir çox ölkələrin Azərbaycandakı səfirləri Cocuq Mərcanlıda olub, gördüklərini xarici mətbuata bildiriblər. Kitabda bu da yer alıb. Bütün bunlarla yanaşı, Cocuq Mərcanlının əvvəlki və indiki vəziyyəti də kitabda yer alıb" — Sadıqov vurğulayıb.

Daha sonra "Böyük qayıdışın başlanğıcı — Cocuq Mərcanlı" filmi nümayiş etdirilib. Tədbirdə, həmçinin Cocuq Mərcanlını heç vaxt tərk etməyən və buna görə "Əmək Ordeni" ilə təltif edilən Oktay Həziyev də çıxış edərək, yaşadığı vəziyyət haqqında danışıb.

Tədbirdə hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri də iştirak edirdilər.

Əlaqədar

"Cocuq Mərcanlıdakı erməni vandalizmini hər kəs gördü"
Dövlət başçısından Cocuq Mərcanlı ilə bağlı yeni sərəncam
Prezident Cocuq Mərcanlı kəndinin sakinini mükafatlandırıb
Cocuq Mərcanlıda yenə partlamamış hərbi sursatlar aşkarlanıb
Cocuq Mərcanlıda 1.5 milyon kv.metr ərazidə axtarış aparılıb
Teqlər:
"Böyük qayıdışın başlanğıcı - Cocuq Mərcanlı" filmi, "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı", təqdimat, kənd, kitab, Əli Həsənov, erməni

Əsas mövzular