QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Cocuq Mərcanlıdakı erməni vandalizmini hər kəs gördü"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində
Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Həsənov: "Xarici qonaqlar cəmi 4 ay erməni işğalı altında qalmış Cocuq Mərcanlı kəndində törədilmiş vəhşilikləri gördülər"

BAKI, 21 sentyabr — Sputnik. "Son 200 ildə ermənilər tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarının bir hissəsi, yalnız 1994-cü ildə Horadiz əməliyyatı və 2016-cı ilin aprel ayında Lələtəpə əməliyyatı zamanı işğaldan azad edilib".

Председатель Госкомитета Азербайджана по делам беженцев и вынужденных переселенцев Али Гасанов - Sputnik Azərbaycan
QARABAĞ
Erməni xalqına çağırış: "Sarkisyan rejimindən qurtulmasanız... "

Sputnik Azərbaycan xəbər verir ki, "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük qayıdışın başlanğıcı – Cocuq Mərcanlı" filminin təqdimatında, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov belə deyib.

O xatırladıb ki, yerli və xarici media nümayəndələrinin, daha isə sonra xarici ölkələrin səfirlərinin Cocuq Mərcanlıya səfəri təşkil olunub: "Xarici qonaqlar cəmi 4 ay erməni işğalı altında qalmış Cocuq Mərcanlı kəndində törədilmiş vəhşilikləri gördülər və bununla da erməni vandalizmi bütün dünyaya bir daha yayıldı".

"Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı sərəncam imzaladı. Artıq kənd əhalisinin bir hissəsi öz doğma yurdlarına qayıdıb və yeni evlərin tikintisi davam edir. Beləliklə, bu, böyük qayıdışın başlanğıcıdır" — Həsənov əlavə edib.

Xəbər lenti
0