QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın müəmmalı Qarabağ bəyanatının şifrəsi çözülür

© Sputnik / Murad OrujovFüzuli rayonunda kənd, arxiv şəkli
Füzuli rayonunda kənd, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ zonası üçün təhlükə yaratmayacaq ərazilərin qaytarılması" nə deməkdir?

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində "Qarabağ zonası üçün təhlükə yaratmayacaq" ərazilərin qaytarılmasını müzakirə edir. Rusiya mətbuatında yer alan xəbərə görə, bunu bazar ertəsi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

"Ərazilərin qaytarılması ilə əlaqədar söhbət nə Qarabağdan, nə də ona təhlükə yaradacaq ərazilərdən gedir" – deyə Nalbandyan, İrəvanda "Ermənistan-Diaspora" VI Ümumerməni Forumunda iştirakçıların suallarını cavablandırarkən qeyd edib.

"Başqa təfərrüatlar barədə məlumat verə bilmərəm, əks təqdirdə danışıqlar uğursuzluğa düçar olar" – deyə nazir əlavə edib.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Nalbandyanın açıqlamasını belə şərh edib: "Onun cümləsinə fikir versək, söhbətin "təhlükə yaratmayan", yəni bir neçə rayondan getdiyini görmək olar. Bizim üçüm önəmli olan işğal altında olan bütün torpaqların boşaldılmasıdır. İçərisində Şuşa, Laçın və Kəlbəcər də olmaqla. Amma görürsünüz ki, onun cümləsində bu rayonlar istisnadır, boşaltmaq istəmirlər".

© Sputnik / Anar MustafayevПолитолог Эльхан Шахиноглу
Политолог Эльхан Шахиноглу - Sputnik Azərbaycan
Политолог Эльхан Шахиноглу

Politoloqun sözlərinə görə, ikinci əsas məsələ ermənilərin boşaldacaqları rayonların qarşılığında nə istəmələridir: "İstədikləri də bəllidir. Bizi şantaj edirlər. Bu isə, bizim maraqlara cavab vermir. 5 rayonu azad edib, ümumiyyətlə Dağlıq Qarabağın tamamını, üstəgəl də Şuşanı, Laçını, Kəlbəcəri itirə bilərik. Onun dediyində yeni heç bir şey yoxdur".

"Yeni o ola bilər ki, erməni nazir cəmiyyətə, nə vaxtsa bir neçə rayonu boşaldacağıq, mesajı göndərir. Bunu Ermənistan prezidenti Serj Sarkisyan da bir neçə dəfə demişdi. Yəni, burada yeni heç nə yoxdur. Və bundan sensasiya düzəldilməsinin əleyhinəyəm" – deyə politoloq bildirib.

© Photo : RFE/RLSülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri  - Sputnik Azərbaycan
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri

Azad Demokratlar Partiyasının sədri, siyasi şərhçi Sülhəddin Əkbər isə Sputnik Azərbaycan-a açıqlamasında, ilk növbədə rəsmi Bakının bu barədə açıqlama verməli olduğunu deyib: "Söhbət strateji yüksəkliklərin əldə saxlanması şərti ilə hansısa ərazilərin verilməsindən gedir. Görünür, bu məsələ ilə bağlı Ermənistan hakimiyyətinə ciddi təzyiqlər var və vəziyyətdən çıxış üçün belə bir yol düşünür".

"Bu illər ərzində dəfələrlə bu cür söhbətlər olub, müzakirələr gedib, amma indiyədək heç bir nəticəsi olmayıb. Ona görə də ilk növbədə rəsmi Bakı açıqlama verməli və söhbətin nədən getdiyi bəlli olmalıdır" — siyasi şərhçi bildirib.

Onun sözlərinə görə, açıqlamadan yalnız bu məqam aydın olur ki, söhbət hərbi strateji baxımdan əhəmiyyət kəsb etməyən hansısa ərazilərdən gedir: "Hərbi strateji yüksəklikləri nəzarətdə saxlamaqla da həmin ərazilərə nəzarəti əldə saxlamaq mümkündür. Yəni, hər hansı bir əraziyə nəzarət etmək üçün mütləq həmin ərazinin sərhədlərində ağır texnikanın, ya canlı qüvvənin durmağına ehtiyac yoxdur".

"Söhbət Ermənistanın strateji yüksəklikləri əlində saxlamasından gedir. Məsələn, hər hansı bir yüksəklik əlinizdədirsə, artıq düzənliyə də nəzarət edirsiniz deməkdir. Yəni, Azərbaycana o ərazilər verilsə belə, bu, o deməkdir ki, Qarabağa tam nəzarət yenə onlarda qalacaq" — S. Əkbər vurğulayıb.

Xəbər lenti
0