QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusu işğal altındakı torpaqlarımızda hərbi təlimlərə başlayıb

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidAğdam rayonu, arxiv şəkli
Ağdam rayonu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təlimlərdə ağır artilleriyadan da istifadə edilir

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Ermənistan silahlı birləşmələri Ağdamın işğal altındakı ərazilərində yenidən hərbi təlimlərə başlayıb. Təlimlərdə, əsasən ağır artilleriya və zirehli texnikadan istifadə edilir.

Cəbhəyanı kəndlərin sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, təlimlər Ağdam rayonunun Uzundərə adlanan ərazisi istiqamətində, bu gün təqribən saat 12.00 radələrindən başlayıb. Hazırda ara-sıra silah və partlayış səsləri eşidilməkdədir.

Atəş səsləri həmçinin, qonşu Tərtər və Bərdə rayonlarının ərazisində də eşidilir.

Xəbər lenti
0