Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dini liderlərdən tarixi Qarabağ çağırışı

CC BY-SA 2.0 / Adam Jones / War RuinsРазрушенные строения в оккупированном Арменией городе Шуша, фото из архива
Разрушенные строения в оккупированном Арменией городе Шуша, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dini liderlər Dağlıq Qarabağ münaqişəsində əsir düşənləri azad etməyə çağırıblar

BAKI, 8 sentyabr — Sputnik. Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü başa çatıb.

RİA Novosti-nin verdiyi məlumata görə, iki saata yaxın çəkən görüşün yekununa dair Bəyanat imzalanıb.

Görüşdən sonra Patriarx Kirill, Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikos Qaregin jurnalistlər önünə çıxıblar.

Görüşün yekunları ilə bağlı Patriarx Kirill danışıb. O, əsrləri azad etməyə çağırıb.

Patriarx Kirill deyib ki, atmosferindən razı qalıb: "Fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar. Buna görə də sülh və əməkdaşlıqdan savayı perspektiv yoxdur. Biz münaqişə ilə bağlı bütün hümanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi və ictimai xadimlərini buna çağırırıq. Buradan başqa, hərbi əməliyyatlarda iştirak etməyən və əsir düşmüş dinc sakinlərin azad edilməsinə çağırırıq. Müharibə zonasındakı məbədlərin, məscidlərin və digər müqəddəs yerlərin qorunması olduqca vacibdir".

Xəbər lenti
0