03:30 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında. Bakı, 12 iyul 2016

Lavrov: "Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı, əgər..."

© Sputnik / Murad Orujov
QARABAĞ
Qısa URL
573301

Lavrov: "Qərb bizim təkliflərimizi qəbul etsəydi, Dağlıq Qarabağ və Dnestryanı münaqişələr çoxdan həll olunardı"

BAKI, 1 sentyabr — Sputnik. "Rusiya NATO ilə münasibətlərin istənilən inkişafında öz təhlükəsizliyini və suverenliyini müdafiə etməyə qadirdir". APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbə heyəti ilə görüşündə deyib.

O bildirib ki, NATO-nun avroatlantik regionda hərbi-siyasi vəziyyətin dəyişdirilməsi istiqamətində israrlı səyləri, o cümlədən Rusiya ilə həmsərhəd ərazilərdə hərbi mövcudiyyətini və infrastrukturunu gücləndirməsi xüsusi həyəcan doğurur: "Bu cür qeyri-konstruktiv fəaliyyətlərin təşəbbüskarlarına aydındır ki, hadisələrin istənilən inkişaf variantında biz öz ölkəmizin təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə təmin edə bilərik".

Nazir qeyd edib ki, Rusiya məsuliyyətli dövlətdir və son 20 ildə ATƏT çərçivəsində, eləcə də Rusiya-NATO Şurasında qəbul olunmuş bəyannamələrə sadiqdir: "Bu bəyannamələrdə tərəflərin Avroatlantika və Avrasiyada bərabər təhlükəsizlik məkanı formalaşdırmaq arzusu, eləcə də heç bir tərəfin öz təhlükəsizliyini digərinin təhlükəsizliyinə zərər gətirəcək şəkildə möhkəmləndirməyəcəyi vədi əksini tapıb".

S. Lavrov qeyd olunan bəyannamələrin kağız üzərində qalmasından təəssüfləndiyini ifadə edib: "Bizim həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan həmkarlarımız tərəfindən rədd edilib".

"Mən əminəm ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı", deyən Rusiya XİN-in rəhbəri həmin münaqişələr sırasına Dağlıq Qarabağ və Dnestryanı ərazidəki münaqişələri adi edib: "Ukrayna böhranı isə heç baş verməzdi".

Əlaqədar

"Dağlıq Qarabağ üçün sülhməramlılar" geri qayıdır
Dağlıq rayonların əhalisi diqqətli olsun
Dağlıq Qarabağ münaqişəsi NATO toplantısında qaldırılıb
Deputat: “Dağlıq Qarabağ dünyada həllini tapa bilməyən münaqişə hesab olunur”
Dağlıq Qarabağla bağlı gecikmiş formal qərar
Teqlər:
Avroatlantika, NATO, Avrasiya, təhlükəsizlik, Sergey Lavrov, Rusiya

Əsas mövzular