QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Biz yurd yerlərimizə qayıdacağıq!"

© AR Ministry of DefenseFüzuli və Cəbrayıl rayonlarının işğalı günü bölgələrdəki hərbi hissələrdə fərqli şəkildə qeyd edilib
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü bölgələrdəki hərbi hissələrdə fərqli şəkildə qeyd edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü bölgələrdəki hərbi hissələrdə fərqli şəkildə qeyd edilib

BAKI, 25 avqust — Sputnik. 23 avqust — Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günü bu il Silahlı Qüvvələrimizin bölgədəki hərbi hissələrində fərqli şəkildə — işğal edilmiş əzəli və əbədi torpaqlarımıza tezliklə qayıdacağımıza inam günü kimi qeyd edilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

"Biz yurd yerlərimizə qayıdacağıq!" devizi altında keçirilən tədbirlərdə Füzuli və Cəbrayıl rayonlarının tarixi, milli adət-ənənələri, füsunkar təbiəti, eləcə də görkəmli şəxsiyyətləri, qəhrəmanları haqqında ətraflı məlumat verilib.

Aprel döyüşləri zamanı yüzlərlə hektar torpağın işğaldan azad edildiyi, nəzarətə götürüldüyü və bunun nəticəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması və böyük qayıdışın ilk köçünün yurd yerlərinə dönməsi böyük fərəh hissi ilə qeyd edilib.

© AR Ministry of DefenseFüzuli və Cəbrayıl rayonlarının işğalı günü bölgələrdəki hərbi hissələrdə fərqli şəkildə qeyd edilib
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü bölgələrdəki hərbi hissələrdə fərqli şəkildə qeyd edilib - Sputnik Azərbaycan
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü bölgələrdəki hərbi hissələrdə fərqli şəkildə qeyd edilib

Çıxış edənlər ordu ilə xalqın birliyindən danışıb, Ordumuzun Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün istənilən əmri yerinə yetirməyə hazır və qadir olduğunu bildiriblər. Vətənpərvərlik hissinin daha da yüksəldilməsinə, yurd yerlərinə qayıdacağımız günə inam və ümidlərin daha da artmasına həsr edilən vətənpərvərlik mahnıları, hərbi marşlar, şeirlər döyüşçülər tərəfindən rəğbətlə və alqışlarla qarşılanıb.

Xəbər lenti
0