20:38 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
14 0 0

Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub

BAKI, 22 iyul — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumatda deyilir: "Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Şirvanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub".

Əlaqədar

Ermənistan atəşkəs rejimini 149 dəfə pozub
Ermənistan atəşkəs anlaşmasına belə əməl edir
Atəşkəs rejimi yenə də pozulub
Atəşkəs barədə razılıq əldə olundu
Teqlər:
Atəşkəsin pozulması, Ermənistan Silahlı Qüvvələri, Qobu Dilağarda, Aşağı Veysəlli, Gədəbəy rayonu, Qazax rayonu, Berd rayonu, Krasnoselsk rayonu, Tovuz rayonu

Əsas mövzular