15:56 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
67 0 0

"Ermənistan-Azərbaycan Sülh Platforması"-nın yardımı ilə Oksana Altunyan Azərbaycana səfər etdi

BAKI, 14 iyul — Sputnik. "Ermənistan-Azərbaycan Sülh Platforması"na qoşulan Oksana Altunyan 30 il sonra Azərbaycana səfər edib. Oksana Altunyan Bakıda anadan olub və 1987-ci ilə qədər Bakıda yaşayıb, daha sonra ailə vəziyyəti ilə əlaqədar Moskvaya köçüb, lakin Dağlıq Qarabağ ətrafında Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişənin səbəbi ilə vətəninə qayıda bilməyib.

"Ermənistan-Azərbaycan Sülh Platforması"nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycana səfərinin ilk günü Oksana Altunyan Fəxri Xiyabana gələrək, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra onun şəxsiyyətini formalaşmasında rolu olan dahi sənətçilər Müslüm Maqomayev və Rəşid Behbudovunda məzarlarını ziyarət edib.

Bundan sonra Oksana Altunyan şəhəri gəzərək, yaşadığı məhəlləyə, bitirdiyi məktəbə gedib və orda köhnə qonşuları ilə səmimi söhbət edərək öz xatirələri ilə bölüşüb. O, Bakıda erməni və azərbaycanlılar arasında münaqişənin yarandığı zaman öz ailə üzvlərinin qonşuları tərəfindən necə xilas olduğundan bəhs etdi. Oksana Altunyan qeyd etdi ki, siyasətdən uzaq olan, münaqişədən zərər çəkmiş insanlar üçün doğma vətənlərinə qayıtması çox vacib və zəruridir.

Oksana Altunyan Ermənistan-Azərbaycan Sülh Platformasının ofisində
© Photo : E-A SP mətbuat xidməti
Oksana Altunyan "Ermənistan-Azərbaycan Sülh Platforması"nın ofisində

Oksana Altunyan, həmçinin "Ermənistan-Azərbaycan Sülh Platforması"-nın ofisinə baş çəkdi. Görüş zamanı Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov, Qadın Sülh və Təhlükəsizlik Mərkəzinin sədri, Sülh Platformasının üzvü Dilarə Əfəndiyeva və Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev iştirak edirdilər. Görüş zamanı Oksana Altunyan iki qonşu ölkə arasında sülh mümkün və qaçılmaz olduğunu, lakin bu xalqların arasında etimadın bərpası üçün əlavə səylərin görülməsinin vacibliyini qeyd edərək, bu prosesdə Ermənistan-Azərbaycan Sülh Platformasının xüsusi rolunun və missiyasının olduğunu bildirdi.

Əvəz Həsənov da öz növbəsində Ermənistan və Azərbaycan arasında olan münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində verdiyi töhfələrdən və təcrübədən danışdı. Konfliktoloq öz növbəsində Kazan danışıqlarının uğursuzluğundan sonra artmaqda olan gərginliyin və bu gərginliyin keçən ilin aprelindən bəri aydın şəkildə özünü faciəvi şəkildə göstərməsi, bir daha iki xalq arasında sülh quruculuğu işinin güclənməsinin vacibliyini qeyd etdi.

Dilarə Əfəndiyeva isə yerli və beynəlxalq sülh quruculuq təşəbbüslərindən danışaraq iki xalq arasında etimadın güclənməsi və münasibətlərin normallaşması üçün sadə insanların mütəmadi olaraq dialoqunun vacibliyini bildirdi.

Oksana Altunyan Bakıdakı erməni kilsəsində
© Photo : E-A SP mətbuat xidməti
Oksana Altunyan Bakıdakı erməni kilsəsində

Orxan Nəbiyev isə hər iki cəmiyyətlərdə sülh üçün sosial sifarişin mövcudluğunu qeyd etdi – heç kəs istəmir ki, onun yaxını cəbhədə həlak olsun. Bu sosial sifariş bu cür sülh quruculuğu layihələri ilə güclənir. Bu səbəbdən də münaqişə tərəflərinin hakimiyyətləri bu sosial sifarişə diqqət yetirməli və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunması məqsədi ilə danışıqlar prosesini sürətləndirməlidirlər.

Növbəti gün "Ermənistan-Azərbaycan Sülh Platforması"-nın üzvləri Oksana Altunyan və Dilarə Əfəndiyeva, o cümlədən Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyev Füzuli rayonunun Alxanlı kəndinə səfər edərək, minaatan və ağır artilleriya atəşi nəticəsində həyatını itirmiş 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın məzarını ziyarət etdilər. Oksana Altunyan onların yaxınlarına və həmkəndlilərinə başsağlığı, verərək mülki vətəndaşlara qarşı aqressiyanı pislədiyini bildirib.

Oksana Altunyan Bakıdakı erməni kilsəsində
© Photo : E-A SP mətbuat xidməti
Oksana Altunyan Bakıdakı erməni kilsəsində

O, sülh və mehriban qonşuluğun bərpası üçün iki xalqın ziyalılarına öz səylərini birləşdirməyə çağırıb: "Biz cəbhədə bu vəhşiliyə son qoymalıyıq. Sadə xalqın nümayəndəsi kimi mən də azərbaycanlılar və ermənilər arasında sülhün bərqərar olmasını istəyirəm. Bunun üçün də, hər iki ölkənin rəhbərliyi dərhal hərbi əməliyyatları dayandırmalı və danışıqlar masasına oturmalıdır".

Həmçinin, Oksana Altunyan Bakıda yerləşən erməni kilsəsini ziyarət edib. Burada Oksana nadir kitab nüsxələri, əlyazmaları və Ermənistan ədəbiyyatının unikal inciləri ilə tanış olub, bu inciləri qoruduqlarına görə kitabxananın işçi heyətinə öz təşəkkürünü bildirib.

Oksana Altunyan onu bürüyən hisslər haqqında danışdı. 30 ildə Bakının daha da gözəlləşdiyinu qeyd edən Altunyan, illərlə həsrət qaldığı şəhərə gələrkən, yenidən isti hislərə qovuşduğu üçün çox xoşbəxt olduğunu vurğuladı.

Oksana Altunyan yaradılan bu fürsəti ona yaratdıqları üçün "Ermənistan-Azərbaycan Sülh Platforması"-nın üzvlərinə öz dərin minnətdarlığını bildirdi.

Əlaqədar

İlin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilə bilər
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir
Ermənilər Gürcüstanda Azərbaycan əleyhinə təxribat törətdilər
"Payıza yaxın Ermənistanla Azərbaycan arasında ciddi qarşıdurma gözlənilir"
Azərbaycan beynəlxalq təşkilatlara müraciət edəcək - erməni təxribatı
Erməni tərəfi Azərbaycan ərazilərini atəşə tutub
Teqlər:
"Ermənistan-Azərbaycan Sülh Platforması", Oksana Altunyan, Bakı, səfər, cəbhə

Əsas mövzular