QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni ordusundan acı etiraf

© Sputnik / Murad OrujovВид на село Мадагис
Вид на село Мадагис - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan Azərbaycan ordusunun zərbələri nəticəsində hərbçilərinin sıradan çıxdığını bəyan edib

BAKI, 7 iyul — Sputnik. Qarabağda erməni ordusunun 3 hərbi qulluqçusu yaralanıb.

Sputnik Ermənistan xəbər verir ki, Azərbaycan ordusunun endirdiyi ağır zərbələr nəticəsində 3 hərbi qulluqçu xəsarət alıb.

Düşmən tərəfin yaydığı məlumata görə, bu gün səhər saatlarında təmas xəttində atəşkəs pozulub. Azərbaycan erməni ordusunun atəş nöqtələrinə D-30 və D-44 toplarından, müxtəlif çaplı minomyotlardan və qumbaraatanlardan atəş açılıb.

Nəticədə erməni hərbçiləri Robert Qasparyan (1969), Ambartsum Arutyunyan (1997) və Vahe Badalyan (1998) müxtəlif dərəcəli qəlpə yaraları alıblar.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib. 

Artilleriya qurğusu, arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan ordusuna ağır zərbə: Zəhranın qisası alındı

Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.

Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib.

Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

 

Xəbər lenti
0