04:24 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
1573 0 0

Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən dərhal Litva XİN-ə müraciət ünvanlanıb

BAKI, 6 iyul — Sputnik. Azərbaycanın Litvadakı səfirliyi, dünən Ermənistanın Litvadakı səfirliyinin Litva-Ermənistan Alyansı ilə birgə, Vilnüs şəhərinin "Vartai" (Qapı) sərgi qalereyasında "Artsax: köhnə diyarda yeni dövlət" adlı sərgi təşkil etdiyini və sərgidə Azərbaycanın işğal altındakı ərazilərinə dair şəkillərin nümayiş olunduğunu aşkarlayıb. Səfirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, məsələ ilə bağlı səfirlik tərəfindən dərhal Litva XİN-ə müvafiq müraciət ünvanlanıb, qalereyanın rəhbərliyi ilə görüş keçirilib.

"Qalereyanın rəhbərliyi ilə keçirilmiş görüşdə BMT, ATƏT, NATO və digər beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığı, həmçinin Ermənistan tərəfindən Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalı beynəlxalq hüquq normalarına, humanizm prinsiplərinə və dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş fakt kimi qiymətləndirildiyini diqqətə çatdırılıb. Azərbaycanın ərazisindəki işğalçı rejimin siyasi təbliğatı məqsədini daşıyan təxribat xarakterli sərginin qalereyada nümayiş edilməsinin birbaşa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldiyi və tam olaraq Litvanın rəsmi mövqeyinə zidd olduğu vurğulanıb" — deyə məlumatda bildirilir.

Sərginin Azərbaycan – Litva arasındakı dostluq münasibətlərinə xələl gətirdiyi vurğulanaraq, şəkillərin yığışdırılması xahiş edilib: "Qalereyanın rəhbəri onlara məxsus sərgi salonunda Azərbaycana qarşı yönəlmiş tədbirin keçirilməsindən təəssüflədiyini qeyd edib. O, ermənilər tərəfindən sərginin mahiyyəti haqqında düzgün məlumat verilmədiyindən, eləcə də qalereyanın adının təhrif edilərək "Vartai" (Qapı) əvəzinə "Menu vartai" (İncəsənət qapısı) kimi yazılmasından özünü aldadılmış hiss etdiyini vurğulayaraq, qısa müddət ərzində səkillərin yığışdırılacağını bildirib. Həqiqətən də yarım saatdan sonra şəkillər yığışdırılıb və salona giriş bağlanılıb. Beləliklə, öz məkrli siyasətindən əl çəkməyən ermənilər bir daha məyus edilib və Litva ictimaiyyəti qarşısında biabır olublar".

Əlaqədar

Erməni uşağa yardım əli uzatmaqla doğrumu etdim?
Erməni tərəfi Alxanlıda dinc insanların yaşadığını bilirdi
Müdafiə Nazirliyi erməni tərəfinin iddiasını təkzib etdi
Erməni təxribatı nəticəsində həlak olan həmvətənlərimiz bu gün dəfn olunur
MN: Erməni silahlı bölmələrinin təxribatı nəticəsində qadın və 2 yaşlı uşaq həlak olub
Ermənistan əsgərləri Zamanlını da atəşə tutublar
Qarabağ xalçalarını erməni brendinə çevirmək istəyirlər
Teqlər:
Litva, Sputnik Azərbaycan, Ermənistan, sərgi, Azərbaycan, səfirlik

Əsas mövzular