23:32 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
QARABAĞ
Qısa URL
Atəşkəsin pozulması nəticəsində mülki vətəndaşlarımızın qətli (17)
43 0 0

Onlar 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaqlar və əraziyə baxış keçiriləcək

BAKI, 6 iyul — Sputnik. Azərbaycan Respublikası Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən, Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.

Səfərdə "TRT", "İhlas Haber Ajansı", "MİR" Televiziyası, "Associated Press", "RİA Novosti", Sputnik Azərbaycan, Amerikanın Səsi, "İnterfax", "BBC" və digər xarici KİV nümayəndələri iştirak edirlər. Habelə, səfərdə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin diplomatı iştirak edirlər.

Səfər çərçivəsində onlar iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaqlar və əraziyə baxış keçiriləcək. Onlara baş vermiş hadisə barəsində yerindəcə ətraflı məlumat veriləcək. Həmçinin onlar yaralı Quliyeva Sərvinaza baş çəkəcəklər.

Mövzu:
Atəşkəsin pozulması nəticəsində mülki vətəndaşlarımızın qətli (17)

Əlaqədar

Türkiyədən erməni təxribatına sərt reaksiya
Düşmən təxribatı davam etdirir
MN: Erməni silahlı bölmələrinin təxribatı nəticəsində qadın və 2 yaşlı uşaq həlak olub
Ermənistan ordusu Tovuz istiqamətində təxribata əl atıb
Teqlər:
Alxanlı kəndi, Füzuli rayonu, KİV, Azərbaycan Respublikası, jurnalist

Əsas mövzular