02:11 22 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Brüsseldə Şimali Atlantika Şurasının Əfqanıstan İslam Respublikasındakı Qətiyyətli Dəstək Missiyası formatında müdafiə nazirləri səviyyəsində görüş

Dağlıq Qarabağ münaqişəsi NATO toplantısında qaldırılıb

© Photo : AR Müdafiə Nazirliyinin mətbuat xidməti
QARABAĞ
Qısa URL
63 0 0

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə NATO Baş katibinin müavininə məlumat verilib

BAKI, 30 iyun — Sputnik. İyunun 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində (Belçika Krallığı) Şimali Atlantika Şurasının Əfqanıstan İslam Respublikasındakı Qətiyyətli Dəstək Missiyası (QDM) formatında müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, Qətiyyətli Dəstək Missiyasının gələcəyi, Əfqan Müdafiə və Təhlükəsizlik qüvvələrinin inkişafı üzrə müzakirələr aparılıb. Görüşdə Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin müdafiə nazirləri ilə yanaşı, Əfqanıstanın Müdafiə naziri, o cümlədən Avropa İttifaqının Ali Nümayəndəsi və BMT Baş Katibinin Xüsusi Nümayəndəsi də iştirak ediblər.

Müdafiə naziri general-polkovnik Z.Həsənov səfər çərçivəsində NATO Baş Katibinin müavini xanım Rouz Gotemoller ilə də görüşüb. Tərəflər Azərbaycan-NATO münasibətləri, müdafiə sahəsində Alyansla qarşılıqlı faydalı əməkdaşlıq və ölkəmizin Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfə ətrafında fikir mübadiləsi aparıblar. Görüş zamanı müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə NATO Baş katibinin müavininə məlumat verib.

Brüsseldə Şimali Atlantika Şurasının Əfqanıstan İslam Respublikasındakı Qətiyyətli Dəstək Missiyası formatında müdafiə nazirləri səviyyəsində görüş
© Photo : AR Müdafiə Nazirliyinin mətbuat xidməti
Brüsseldə Şimali Atlantika Şurasının Əfqanıstan İslam Respublikasındakı Qətiyyətli Dəstək Missiyası formatında müdafiə nazirləri səviyyəsində görüş

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Fikri Işıkla işçi görüşü keçirərək ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib, eləcə də Qətiyyətli Dəstək Missiyasına gələcək töhfələr mövzusunda fikir mübadiləsi aparıblar.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Makedoniya Respublikasının yeni təyin olunmuş müdafiə naziri Radmila Şekerinskaya ilə nəzakət görüşü də keçirib.

Qeyd edək ki, hazırda Silahlı Qüvvələrimizin 94 nəfərlik sülhməramlısı Əfqanıstanda həyata keçirilən Qətiyyətli Dəstək Missiyasında iştirak edir. Eyni zamanda Azərbaycan Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə töhfə verməkdədir.

Əlaqədar

NATO qırıcısı Sergey Şoyqunun təyyarəsinə həmlə edib
NATO hərbi xərcləri artıracaq
Ərdoğan Trampı NATO-dan çıxmaqla hədələdi
NATO-dan gözlənilməz Azərbaycan açıqlaması
Azərbaycan - NATO əməkdaşlığı müzakirə olunub
NATO-dan vacib Türkiyə açıqlaması
Teqlər:
müdafiə naziri, Zakir Həsənov, NATO, Brüssel, Azərbaycan Respublikası

Əsas mövzular