Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Payıza yaxın Ermənistanla Azərbaycan arasında ciddi qarşıdurma gözlənilir"

© Sputnik / Murad OrujovRF İctimai Palatasının üzvü Sergey Markov
RF İctimai Palatasının üzvü Sergey Markov - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı ekspert Qarabağ münaqişəsi haqqında: "Kazan formulu" əsasında böyük tarixi anlaşma imzalanacaq"

BAKI, 21 iyun — Sputnik. Rusiya-Azərbaycan münasibətlərində ən vacib mövzulardan biri Dağlıq Qarabağ problemidir.

Bunu Rusiyanın tanınmış politoloqu, RF İctimai Palatasının üzvü Sergey Markov bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunda ən fəal tərəfdir və bu, qrupda kifayət qədər unikal vəziyyətdir. Politoloq qeyd edib ki, ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ABŞ və Avropa İttifaqı, Fransa nümayəndələri ilə əməkdaşlıq edir. 

Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində həm də ona görə maraqlıdır ki...

"Qeyd etmək lazımdır ki, bugünkü gündə Rusiyanın amerikalılar və avropalılarla bütün əsas məsələlərdə qarşıdurması var, Qarabağ istisna olmaqla" — Markov bildirib.

Markov vurğulayıb ki, Qarabağ məsələsində tərəflər arasında ciddi ziddiyyətlər yoxdur. Onun sözlərinə görə, Rusiya kifayət qədər fəaldır. İnsafən qeyd etmək lazımdır ki, ABŞ və Fransa da maneçilik törətmirlər. Onlar yumşaq formada Rusiyanın vasitəçiliyini dəstəkləyirlər.

"Rusiyanın vasitəçilik səylərinin mahiyyəti nədir? İndi ən mühüm şey məhsuldar danışıqları bərpa etməkdir. Danışıqları danışıq xətrinə aparmaq yox, razılaşma əldə etmək üçün aparmaq lazımdır" — deyə o, bildirib. Ekspertin sözlərinə görə, belə bir razılaşmanın əldə olunmasının əsasında "Kazan formulu" dayanır. Ötən il demək olar ki, münaqişə tərəfləri arasında bununla bağlı razılıq əldə olunmuşdu. Amma sonra hər şey pozuldu. Nəticədə hamı yeni hərbi qarşıdurmaların qəsdən gərginləşdirilməsi təhlükəsi ilə üzləşdi.

"Eyni zamanda mənə elə gəlir ki, Qarabağda hərbi əməliyyatlar ehtimalı yüksəkdir" — o, deyib. 

Artur Rasizadə, Azərbaycan Respublikasının baş naziri - Sputnik Azərbaycan
Baş nazirdən Dağlıq Qarabağ barədə gözlənilməz bəyanat

Markovun fikrincə, Azərbaycan da, Ermənistan da hazırda turizm mövsümünü qaydasında keçirməkdə maraqlıdır. Hərbi əməliyyatların getdiyi ölkəyə minlərlə turist cəlb etmək çətindir.

"Mənə elə gəlir və təəssüf, daha inadırıcıdır ki, əgər danışıqlar uğurla nəticələnməsə, payıza yaxın ciddi hərbi qarşıdurmalar mümkündür" — deyə Markov bildirib.

Politoloq ümid edir ki, onun proqnozu özünü doğrultmayacaq. Danışıqlar daha effektiv, bu və ya başqa cür modifikasiya olunmuş şəkildə aparılacaq, "Kazan formulu" əsasında böyük tarixi anlaşma imzalanacaq.

Xəbər lenti
0