09:32 26 İyun 2017
Canlı yayım
Cəbhə bölgəsi

Qarabağ cəbhəsində gərginlik davam edir

© Flickr/ Daniel Yan
QARABAĞ
Qısa URL
135 0 0

Düşmən bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub

BAKI, 18 iyun — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan da (56 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Məzəm və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əlaqədar

Atəşkəs rejimi yenidən pozulub
Atəşkəs pozulması halları davam edir
Ermənistan silahlı bölmələri minaatanlarla atəşkəsi pozub
Düşmən Gədəbəyi də atəşə tutub
Atəşkəs pozulması halları davam edir
Atəşkəs 100 dəfədən artıq pozulub
Atəşkəs pozulmaqda davam edir
Teqlər:
atəş, Ermənistan, cəbhə, mövqe, silahlı qüvvələr

Əsas mövzular