QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Həmsədrlərin bu cəhdi nə nəticə verəcək?

© Sputnik / Sergey Averin / Mediabanka keçidАвтомобили миссии ОБСЕ, фото из архива
Автомобили миссии ОБСЕ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 19-da isə vasitəçilər Bakıya səfər edəcəklər

BAKI, 10 iyun — Sputnik. ATƏT-nın Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Ermənistana səfər edib.

APA-nın məlumatına görə, həmsədrlər Ermənistanın müdafiə naziri Vigen Sarqsyanla görüşüblər.

Görüşdə münaqişə zonasındakı vəziyyət müzakirə olunub. Həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla da görüşəcəklər.

Onların işğal altında olan Azərbaycan ərazilərə səfər edərək, Xankəndidə görüşlər keçirməsi də nəzərdə tutulur.

İyunun 19-da isə vasitəçilər Bakıya səfər edəcəklər.

Səfərin yekununda həmsədrlər adından bəyanat yayılacaq.

Xəbər lenti
0