QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

XİN-dən faşist Almaniyası bənzətməsi

© Photo : APAГлава пресс-службы МИД Азербайджана Хикмет Гаджиев, фото из архива
Глава пресс-службы МИД Азербайджана Хикмет Гаджиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənistan xarici işlər nazirinin Azərbaycan ərazilərinin işğalına öz müqəddəratını təyin etmə donu geyindirməyə çalışması cəhdləri yalnız faşist Almaniyası tərəfindən 1938-ci ildə keçmiş Çexoslovakiyanın Sudet əyalətinin işğalı ilə müqayisə oluna bilər"

BAKI, 31 may — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər çərçivəsində 19 iyun tarixində Bakıda olacaqlar. Bu barədə KİV-in sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin substantiv danışıqlar yolu davam etdirilməsinə hazırdır.

"Ermənistan xarici işlər naziri E.Nalbəndyanın ATƏT-in Baş katibi ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi cəfəng fikirləri bir daha onu göstərir ki, Ermənistanın siyasəti işğala əsaslanan status-kvonun davam etdirilməsidir.

Ermənistan xarici işlər nazirinin Azərbaycan ərazilərinin işğalına öz müqəddəratını təyin etmə donu geyindirməyə çalışması cəhdləri yalnız faşist Almaniyası tərəfindən 1938-ci ildə keçmiş Çexoslovakiyanın Sudet əyalətinin işğalı ilə müqayisə oluna bilər.

Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir. Bununla beynəlxalq ictimaiyyət bir daha Ermənistana aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul etməyəcək. Həmçinin, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Ermənistan bu reallığı nə qədər tez dərk edərsə və danışıqlar masasında olan plana uyğun olaraq öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər" — XİN sözçüsü bildirib.

Xəbər lenti
0