23:47 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
466343

Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi məhv edilib

BAKI, 31 may — Sputnik. Cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib. Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, düşmən itkilərə məruz qalıb.

Xatırladaq ki, mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur. Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub. Müdafiə Nazirliyi xəbərdar edir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.

Əlaqədar

Yaşayış məntəqələrimiz atəşə tutulub
Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozub
Atəşkəs yenə pozulub
Atəşkəs rejimi yenə pozuldu
Düşmən atəşkəsi pozmaqda davam edir
Düşmən Muncuqlunu atəş altında saxlayıb
Teqlər:
Xocavənd, Füzuli, Müdafiə Nazirliyi, Ermənistan, cəbhə, mövqe

Əsas mövzular