QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan monitorinqə də əhəmiyyət vermir

© Sputnik / Ramil IbrahimovCəbhə bölgəsi
Cəbhə bölgəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan da (25 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub

BAKI, 26 may — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan da (25 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Muncuqlu, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Azərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Düşmən atəşkəsi pozmaqda davam edir

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xatırladaq ki, dünən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib. Monitorinq insidentsiz başa çatıb.

Xəbər lenti
0