22:29 04 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
163 0 0

Araz Əzimov: “Dağlıq Qarabağla bağlı referendum yalnız bütün Azərbaycan xalqının iştirakı ilə keçirilə bilər”

BAKI, 6 may — Sputnik. “Azərbaycan ərazisində yalnız Azərbaycan Konstitusiyasının tələlərinə uyğun şəkildə ümumxalq səsverməsi keçirilə bilər. Bu baxımdan, nə zamansa münaqişənin həlli prosesi referendum tələb edən səviyyəyə çıxarsa, o zaman bütün Azərbaycan xalqı öz fikrini bildirmək üçün referendumda iştirak edə bilər. Qarabağ məsələsi ilə bağlı digər referendum planını qəbul etmirəm. Bunun üçün əsas yoxdur”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, statusun müəyyənləşdirməsi ilə bağlı proses yalnız legitim çərçivədə həyata keçirilə bilər: “Bu da yalnız Qarabağ regionundan qovulmuş və oraya qayıtmalı olan Azərbaycan əhalisinin iştirakı ilə baş verə bilər. Bu məsələnin müzakirəyə çıxarılması üçün razılığın müəyyənləşdirilməsi başqa məsələdir. Bu barədə biz hələ danışmırıq”.

Əlaqədar

Politoloq: “Moskva Qarabağ danışıqlarında təşəbbüsü ələ alır”
Qarabağ müharibəsi qəhrəmanının şücaətləri bədii filmdə
Fransadan Qarabağ məsələsi ilə önəmli bəyanat
Rusiya XİN-dən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama

Əsas mövzular