QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Düşmən ərazimizə raket atıb

© Foto: mod.gov.az“OSA” zenit raket kompleksinin qalıqları
“OSA” zenit raket kompleksinin qalıqları - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan "OSA" zenit raket kompleksindən istifadə edib

BAKI, 28 aprel — Sputnik. Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir. Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 27-si axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində "OSA" zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

© Foto: mod.gov.azErmənistan hava hücumundan müdafiə bölmələri tərəfindən atılmış “OSA” zenit raket kompleksinin qalıqları
Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən atılmış “OSA” zenit raket kompleksinin qalıqları - Sputnik Azərbaycan
Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən atılmış “OSA” zenit raket kompleksinin qalıqları

Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb. İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.

© Foto: mod.gov.az9M33M2 tipli raketin başlıq hissəsi
9M33M2 tipli raketin başlıq hissəsi - Sputnik Azərbaycan
9M33M2 tipli raketin başlıq hissəsi

Xəbər lenti
0