06:55 19 Noyabr 2017
Canlı yayım
Azərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli

Atəşkəs pozulması intensivləşir

© REUTERS/ Zulfiya Safkhanova
QARABAĞ
Qısa URL
710

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 21 apr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Novruzlu, Cəvahirli, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əlaqədar

Atəşkəs rejimi 125 dəfə pozulub
Adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub
Ermənistan ordusu cəbhənin bütün istiqamətlərində atəşkəsi pozub
Atəşkəs yenə pozulub
Atəş pozulması halları intensivləşir
Atəşkəs rejimi 115 dəfə pozulub
Teqlər:
atəş, atəşkəs, Ermənistan, cəbhə, silahlı qüvvələr

Əsas mövzular