11:24 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
QARABAĞ
Qısa URL
2001

Şevçenko: "Müharibənin nəticəsi həmişə fəlakət və məhv olur. Bu səbəbdən hesab edirəm ki, çox tez bir zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək lazımdır".

BAKI, 13 apr — Sputnik. Moldovalı politoloq, "Effektiv Siyasət İnstitutu"nun direktor müavini, tarix elmləri doktoru Ruslan Şevçenko, “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulması barədə bəyanat verib. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir:

“Müharibənin nəticəsi həmişə fəlakət və məhv olur. Bu səbəbdən hesab edirəm ki, çox tez bir zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək lazımdır. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm. 

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm.

İki xalq, əsrlər boyu sülh içində yaşayıb. Lakin münaqişənin həll olunmaması nəticəsində bu xalqların bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Və bu böyük bir fəlakətdir. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Biz hamımız Sülh və təhlükəsizlik şəraitində yaşamalıyıq və mən inanıram ki, bu Sülhə nail olacağıq.

Yuxarıda qeyd olunan səbəblərə görə, bu Sülh təşəbbüsünə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm”.

Əlaqədar

GATA sədri "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
Sülh Platforması qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb
"Ermənistan və Azərbaycan arasında sülh platforması"nın iştirakçıları müraciət yayıblar
Teqlər:
Dağlıq Qarabağ münaqişǝsi, Ermənistan-Azərbaycan Sülh Platforması, Moldova, Ermənistan, Azərbaycan

Əsas mövzular