03:19 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Azərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli

Əlibəyli kəndində atışma olub

© REUTERS / Zulfiya Safkhanova
QARABAĞ
Qısa URL
2321

İşğal altında olan Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 11 apr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 111 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əlaqədar

Düşmən atəşkəs rejimini 117 dəfə pozub
Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub
Düşmən müxtəlif istiqamətlərdə atəşkəsi pozub
Erməni silahlı qüvvələri kəndimizi atəşə tutublar
Qapanlı sakinləri artıq artilleriya atəşinə alışıblar
Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub
Teqlər:
müxtəlif istiqamətlər, atəş, atəşkəs, Ermənistan, cəbhə, silahlı qüvvələr

Əsas mövzular