19:19 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Şəhid Ziya Həsənovun otağı

Döyüş yoldaşlarını düşmən hücumundan xilas edib şəhid oldu

© Sputnik / Ramil Ibrahimov
QARABAĞ
Qısa URL
25711

Sağlığında adını Yağmur qoyduğu qızı onun ölümündən iki ay sonra dünyaya gəlib

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 5 apr — Sputnik. "Oğul düşmən çəpəridir, deyiblər. Düşünürdüm ki, Ziya dayağımız olacaq. Oldu! Ziya öz adına layiq bir övlad kimi böyüdü. Həm evdə ailəsinə dayaq oldu, həm də öz Vətəninə sadiq, vətəninə dayaq bir oğul oldu" — deyir şəhid Ziya Həsənovun atası Niyazi Həsənov.

Ötən ilin aprel döyüşlərində böyük şücaət göstərib şəhidlik zirvəsinə ucalan baş leytenant Ziya Həsənov Bərdənin Lək kəndində dünyaya göz açıb. Oğlu haqqında ağır da olsa, həmişə qürurla danışan Niyazi Həsənov, hər zaman övladının daha asan və təhlükəsiz peşəyə yiyələnməsini istəyib.

Şəhidin atası Niyazi Həsənov
© Sputnik / Ramil Ibrahimov
Şəhidin atası Niyazi Həsənov

Amma Ziya işğal altındakı torpaqların azadlığı yolunda özünün də pay sahibi olmasını istəyir və hərbçi peşəsini seçir. Ailəsi də Ziyanın bu qərarına etiraz etmir.

Ziya Ali Hərbi Məktəbi bitirdikdən sonra könüllü olaraq birbaşa təmas xəttində xidmətə başlayır. Əvvəlcə Ağdam, sonra isə cəbhənin Füzuli istiqamətində zabit kimi qulluq edir. Heç vaxt ailəsinə peşəsinin çətinliklərindən danışmır.

Şəhid Ziya Həsənovun ev muzeyi
© Sputnik / Ramil Ibrahimov
Şəhid Ziya Həsənovun ev muzeyi

Atası ilə sonuncu dəfə ötən il aprel ayının 4-də telefonla danışır. Bu dəfə Ziya ailəsinə narahat olmamalarını, tezliklə qələbə ilə qayıdacağını deyir. Atası ilə danışandan bir gün sonra isə baş leytenant Z. Həsənov, tabeliyində olan şəxsi heyətlə birlikdə Cəbrayıl rayonu istiqamətində — Lələtəpə uğrunda son döyüşünə girir.

"Döyüş zamanı düşmən onları minaatanlardan atəşə tutur. Yoldaşları deyirlər ki, Ziya onlara qorunmaq üçün xəbərdarlıq edib və döyüş yoldaşlarını qorumaq üçün itələyərək səngərə salıb. Özü isə səngərə girməyə imkan tapmayıb. Mərmi lap yaxınlığında partlamışdı onun…" — deyir N. Həsənov.

Ata oğlunun sözünün üstündə durduğunu və qələbə ilə qayıtdığını bildirir. Bu dəfə onu təkcə ailəsi deyil, minlərlə insan qarşılayır, son mənzilə yola salır.

Baş leytenant Ziya Həsənovun medalları
© Sputnik / Ramil Ibrahimov
Baş leytenant Ziya Həsənovun medalları

Hələ sağlığında peşəkar hərbçi kimi medallara layiq görülən baş leytenant Ziya Həsənov, ölümündən sonra da hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunur. Dünyaya gəlməzdən öncə Yağmur adını verdiyi qızı isə Ziyanın ölümündən iki ay sonra dünyaya göz açır.

Ailəsi və yaxınları onun xatirəsini əbədiləşdimək üçün ev muzeyini yaradırlar. Muzeyə məktəblilər də müxtəlif eksponatlar hədiyyə edirlər. Ziyanın şəxsi əşyalarının qorunduğu bu muzey, Bərdə və ətraf rayonların sakinlərinin, döyüş yoldaşlarının da tez-tez ziyarət etdiyi məkana çevrilib artıq…

© Sputnik / Ramil Ibrahimov
Döyüş yoldaşlarını düşmən hücumundan xilas edib şəhid oldu

Əlaqədar

Azərbaycan hərbçisi qərargaha toplaşan erməni zabitlərini məhv edib
Azərbaycan Ordusunun hərbçisi şəhid olub
Sonuncu şəhidimiz torpağa tapşırıldı
Özü şəhidlik zirvəsində, üç övladı vətənə əmanət
“Mən şəhidlik arzusu ilə yaşamışam”
Azərbaycan Silahlı Qüvvələri şəhid verdi
Düşmənin artilleriya atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub
"Şəhid övladlarına xidmət pulsuzdur, hesabları ataları tərəfindən ödənilib"
Teqlər:
Cəbrayıl rayonu, Niyazi Həsənov, Ziya Həsənov, oğul, övlad, Lələtəpə, şəhid, ata, işğal

Əsas mövzular