21:10 25 Fevral 2018
Canlı yayım
Cəbhə bölgəsi

Erməni tərəfi cəbhə xəttini gərginlikdə saxlayır

© Sputnik / Murad Orujov
QARABAĞ
Qısa URL
1010

İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 31 mart — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Barekamavan, İcevan rayonunun Ayqeovit, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəklilərdə, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əlaqədar

Düşmən atəşkəsi intensiv şəkildə pozur
Sutka ərzində atəşkəs pozulub
Cəbhədə 111 dəfə atəşkəs pozulub
Atəşkəs yenə pozulub
Atəşkəs 100 dəfədən artıq pozulub
Ermənilər Gədəbəyi atəşə tutublar
Ermənistan silahlı qüvvələri atəşkəsi 128 dəfə pozub
Teqlər:
müxtəlif istiqamətlər, atəşkəs, Ermənistan, cəbhə, silahlı qüvvələr

Əsas mövzular