QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Serj Sarkisyandan tarixi etiraf

© Sputnik / Aleksey DruzhininSerj Sarkisyan
Serj Sarkisyan - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Aydın Mirzəzadə: "Belə bir deyim var. Yalançı nə vaxtsa düz danışır. Çünki həmişə yalan danışmaq mümkün deyil".

BAKI, 28 mart – Sputnik. Ermənistan prezidenti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ zonasına səfəri öncəsi geniş kütlə qarşısında çıxış edib. Bu barədə Sputnik Azərbaycan Ermənistan mətbuatına istinadən məlumat verir.

O, ötən ilin aprel döyüşləri zamanı itirdikləri yüksəkliyi (Lələtəpə yüksəkliyini nəzərdə tutur) geri qaytarmaq üçün əmr verməməsinin səbəbini belə izah edib: “İki seçimim var idi. Birinci seçim — yüksəkliyi geri qaytarmaq üçün əks-hücuma keçmək əmri verməli idim, ancaq bu halda ən azı yenə 100 nəfər itirə bilərdik. İkinci seçim – hərbçilərimin sağ qalması üçün yüksəkliyin itirilməsiylə barışmalı idim. Ancaq güclü siyasətçi ikinci seçimə üstünlük verərdi və mən də belə etdim. İnsan həyatını ancaq güclü siyasətçi qoruya bilər”.

Ermənistan prezidentinin bəyanatını Sputnik Azərbaycan-a millət vəkili Aydın Mirzəzadə dəyərləndirib. 

İsgəndər raketləri - Sputnik Azərbaycan
"Ermənistan üçün faciəvi nəticələr meydana çıxacaq"

“Belə bir deyim var. Yalançı nə vaxtsa düz danışır. Çünki həmişə yalan danışmaq mümkün deyil. Heç kim bilməsə də, Sarkisyan Ermənistanın prezidenti kimi, itkilərinin sayını yaxşı bilir. Bu gün Ermənistan silahlı qüvvələri nəinki müasir tələblərə, ümumilikdə normal ordu tələblərinə qətiyyən cavab vermir. Köhnəlmiş texnika, intizamsızlıq, kütləvi korrupsiya və zabitlərin əsgərlər üzərində zorakılığı erməni ordusu üçün xarakterik bir haldır. Bu gün cəbhə xəttində durmaq hər bir erməni əsgəri və zabiti üçün ölümə bərabər vəziyyət sayılır. Hesab edirəm ki, onun seçkiqabağı işğal edilmiş torpaqlara gələrək orda sərsəm bəyanatlar verməsi, Ermənistan rəhbərliyinin Azərbaycan dövləti qarşısında qorxusunu göstərir. Onlar aprel hadisələrinin təkrarlanacağından ehtiyat edirlər. Digər tərəfdən, işğalçı ölkə hər zaman zorakılıq etdiyi ölkənin əks cavabına hazır olmalıdır. Sarkisyan və onun komandası bilməlidir ki, işğal etdikləri torpaqlara, öldürdükləri günahsız insanlara görə bir gün mütləq cavab verəcəklər” — deputat bildirib. 

Mövzunu Sputnik Azərbaycan-a şərh edən ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, Sarkisyanın açıqlamasını etiraf kimi dəyərləndirib.  

“Bu açıqlamadan iki nəticə çıxır. Birincisi, Serj Sarkisyan etiraf edir ki, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına birbaşa özü rəhbərlik edir və əmrləri o verir. Demək cəbhə bölgəsində təxribatlara da elə özü başçılıq edir. İkincisi, Sərkisyan Lələtəpənin itirilməsiylə barışıbsa və daha çox hərbçisinin ölməsini istəməyərək əks-hücumdan vaz keçibsə, demək gələcəkdə başqa ərazilərin də itirilməsinə etiraz etməyəcək. Bu mesaj əslində bizədir” – E. Şahinoğlu deyib. 

Xəbər lenti
0