00:00 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
QARABAĞ
Qısa URL
14103

Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 23 mart — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 126 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Vazaşen kəndlərində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Bala Cəfərli, Cəfərli, Qaymaqlı, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Mərzili, Nəmirli, Cəvahirli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əlaqədar

Ermənistan bayram günü intensiv şəkildə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələri atəşkəsi 128 dəfə pozub
Silahlı Qüvvələrimizin bölmələri atəşə tutulub
Atəşkəs yenə pozuldu
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
Atəşkəs daha 110 dəfə pozulub
Ermənistan silahlı bölmələri atəşkəsi 118 dəfə pozub
Təmas xətti tam sükut içərisindəykən bir atəş tükləri ürpətdi
Teqlər:
cəbhə, Ermənistan, atəşkəs, atəş, Sputnik Azərbaycan

Əsas mövzular