QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzulidə raket mühərriki tapılıb

© AZƏRTACRaket mühərriki
Raket mühərriki - Sputnik Azərbaycan
Abunə olmaq
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində partlamış raketin mühərrik hissəsi aşkarlanıb

BAKI, 19 mart — Sputnik. Martın 19-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) ekspertləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatlarına əsasən, Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində bir otlaq sahəsinə baxış keçiriblər. Əməliyyat zamanı ərazidən bir ədəd partlamış “9M22U” raketinin mühərrik hissəsi aşkar edilib, 1800 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan bildiriblər ki, yanvarın 1-dən martın 19-dək ANAMA tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, bir hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, bir kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza və körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Nəticədə 1992 ədəd partlamamış hərbi sursat, o cümlədən 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 249 min 509 kvadratmetr ərazi (467 min 970 kvadratmetr əl ilə, 341,2 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 327 min 339 kvadratmetr ərazi isə minaaxtaran itlərlə) yoxlanılıb.

Xəbər lenti
0