10:02 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
479303

Xələf Xələfov: "Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir"

BAKI, 15 mart — Sputnik. "Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində narkotik, silah və insan alveri ilə məşğul olur. Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib və bu məsələyə baxışda ikili standartlar var".

Xarici işlər nazirinin müavini Xələf Xələfov
© Photo : REPORT IA
Xarici işlər nazirinin müavini Xələf Xələfov

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, müstəqilliyi bərpa edəndən sonra Azərbaycan Ermənistan tərəfindın təcavüzə məruz qalıb və ərazilərin 20 faizi işğal olunub.

"Bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün problemi yaranıb. Azərbaycan həm ölkə daxilində, həm də xaricdə qaçqın və köçkünlərə öz yardımını əsirgəmir. Hökumətimiz bu sahədə müvafiq qanunvericilik sistemi yaradıb, mənzil təminatı yaxşılaşıb, yoxsulluq azalıb. Ancaq onların problemi torpaqlar azad ediləndən sonra tam həllini tapacaq. Hökumət bununla bağlı Böyük Qayıdış Proqramı hazırlayıb. Azərbaycan hökuməti keçən il işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlayıb" — Xələfov vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın məqsədli məskunlaşma siyasəti beynəlxalq hüquqa görə müharibə cinayətidir: "Ermənistan tərəfindən Suriya və Livandan olan ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsi təşviq edilir. Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir".

Nazir müavini əlavə edib ki, Azərbaycan işğal olunmuş ərazilərini tezliklə azad edəcək, qaçqın və məcburi köçkünlərin problemləri həllini tapacaq: "Beynəlxalq birlik bu məsələdə ölkəmizə dəstək verməlidir".

Əlaqədar

Ermənilər 700-ə qədər təhsil müəssisəmizi dağıdıblar
Ermənistan ordusunun dayaq məntəqəsinə artilleriya zərbəsi endirildi
"Ermənilərin Azərbaycanda törətdiyi terror nəticəsində 2 mindən çox insan ölüb"
Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri ölüb
MN: Ermənistan cəbhədə monitorinq keçirən ATƏT missiyasını şantaj edir
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"
NATO baş katibi Azərbaycan və Ermənistana müraciət edib
Teqlər:
nazir müavini, Xələf Xələfov, AŞPA, Ermənistan, Azərbaycan, qaçqın, işğal

Əsas mövzular