15:10 28 İyul 2017
Canlı yayım
Bədəlovlar ailəsinin evi

Təmas xətti tam sükut içərisindəykən bir atəş tükləri ürpətdi

© Sputnik / Ramil İbrahimov
QARABAĞ
Qısa URL
3265386

"Bəlkə də Azərbaycanda yeganə qadınam ki, 8 mart mənim üçün bayram deyil, matəm günüdür"

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Ağdamın cəbhə xəttində yerləşən Orta Qərvənd kəndində yaşayan Şirinnaz Bədəlova artıq 6 ildir 8 mart gününü matəm kimi qeyd edir. Sonuncu dəfə bayram hədiyyəsini də 6 il əvvəl həyətlərində oynayan zaman erməni snayperinin açdığı atəşlə vurulan oğlu 9 yaşlı Farizdən alıb.

Şirinnaz Bədəlova
© Sputnik / Ramil İbrahimov
Şirinnaz Bədəlova

Həmin gün Fariz dayısının ona verdiyi pulla gül alaraq anasını təbrik edir. Şirinnaz xanım həyatında aldığı ən qiymətli hədiyyənin sevincini isə cəmi bir neçə dəqiqə yaşayır. Anasını güllə təbrik edən Farizin qisməti ermənilərin ona atdığı güllə olur.

Fariz Bədəlov
© Sputnik / Ramil İbrahimov
Doqquz yaşlı Farizin qətli ermənilərin təmas xəttində törətdiyi qeyri-insani cinayətlərdən sadəcə biridir

Çərşənbə tonqalına çırpı yığmaq üçün anasından icazə alaraq bayıra çıxandan bir neçə dəqiqə sonra atəş səsi eşidilir. Səsə eyvana çıxan ailə üzvləri əvvəlcə heç nə anlamırlar. Farizi səsləyən ana, həyətə düşəndə onun cansız bədəni ilə qarşılaşır.

Şirinnaz Bədəlova
© Sputnik / Ramil İbrahimov
Farizin anası: Gül alıb gətirmişdi ki, "ana, səni təbrik edirəm", həmin gül də öz qəbrinin üstünə getdi

"Xəstəxanaya apardıq, amma həkimlər dedilər ki, "gecdir, artıq keçinib". Başından dəymişdi. Gül alıb gətirmişdi ki, "ana, səni təbrik edirəm", həmin gül də öz qəbrinin üstünə getdi" — deyir Farizin anası Şirinnaz xanım.

Fariz Bədəlovun məzarı
© Sputnik / Ramil İbrahimov
İndi hər 8 mart günü Şirinnaz xanım üçün bayram yox, matəm günüdür

Hadisənin şahidləri danışırlar ki, həmin gün təmas xəttində tam sakitlik olub. Atılan yeganə güllə isə hədəfə dəyib.

Sağ olsaydı, 15 yaşlı Fariz 8 mart günü anasını yenə təbrik edəcəkdi. "Bəlkə də Azərbaycanda yeganə qadınam ki, 8 mart mənim üçün bayram deyil, matəm günüdür" — deyir Şirinnaz Bədəlova.

Farizin ölümündən təqribən 5 ay sonra sakinlərin təhlükəsizliyini təmin etmək üçün təmas xəttinə yaxın yerləşən evlərin ətrafına istinad divarları çəkilir. Farizin vurulması atəşkəs dövründə ermənilərin cəbhədə törətdiyi ən dəhşətli qətllərdən biri kimi tarixə düşüb…

© Sputnik / Ramil İbrahimov
Təmas xətti tam sükut içərisindəykən bir atəş tükləri ürpətdi

Əlaqədar

Sonuncu şəhidimiz torpağa tapşırıldı
Şəhid Zülfü Qədimov dəfn edildi
"Şəhid övladlarına xidmət pulsuzdur, hesabları ataları tərəfindən ödənilib"
Şəhidin 4 yaşlı oğlu düşməndən belə intiqam alacaq
Şəhid Çingiz Qurbanov doğma rayonunda dəfn olunacaq
Şəhidin son halı əmisinin gözü önündən getmir
Teqlər:
gül, 9 yaşlı Fariz, erməni snayperi, 8 mart günü, Şirinnaz Bədəlova, Orta Qərvənd kəndi, matəm, hədiyyə, Ağdam, bayram, atəş, ana, Azərbaycan, qadın

Əsas mövzular