QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentlər Qarabağ məsələsini müzakirə etdilər

© AFP 2023 / Kenzo TribouillardFrench President Francois Hollande gives a press conference at the European Union (EU) headquarters in Brussels on July 7, 2015
French President Francois Hollande gives a press conference at the European Union (EU) headquarters in Brussels on July 7, 2015 - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa və Ermənistan prezidentləri Qarabağ məsələsini müzakirə ediblər

BAKI, 8 mart — Sputnik. Parisdə Fransa prezidenti Fransua Olland və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Sputnik Azərbaycan-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər ikitərəfli münasibətlər, beynəlxalq vəziyyət  və Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

“Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Fransa ABŞ və Rusiya ilə birgə Minsk qrupunun həmsədridir.  Biz son zamanlar baş verən insidentlərin təkrarlanmaması və münaqişənin siyasi yolla həllində maraqlıyıq” — deyə S.Sarkisyanla görüşün yekunlarını şərh edən F.Olland bildirib. 

Xəbər lenti
0