05:15 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
QARABAĞ
Qısa URL
17

Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınmasına yönələn səylərini birmənalı olaraq dəstəkləyir

BAKI, 28 fev — Sputnik. BMT-nin baş katibi Antoniu Quterreş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır.

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib.

"Baş katib tərəfləri atəşkəs rejiminə əməl etməyə və tezliklə danışıqları bərpa etməyə çağırır” — Düjarrik qeyd edib.

O həmçinin vurğulayıb ki, Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınmasına yönələn səylərini birmənalı olaraq dəstəkləyir. 

Əsas mövzular