12:57 27 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
9520

Mirvari Fətəliyeva Xocali qətliamınin tarixi barədə danişaraq, bu faciənin hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxdığını bidiriib

BAKI, 26 fev — Sputnik. “Azərbaycan Evi” təşkilatı Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar uşaqların iştirakı ilə “Sülh üçün rəsm çəkək” adlı tədbir təşkil edib. Bu barədə Sputnik Azərbaycan-a Paris Azərbaycan Evindən məlumat verilib.

Tədbiri “Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva açaraq “Azərbaycan Evi”nin 25 il əvvəl 1992-ci il fevralın 24-də Ramiz Abutalıbov və Timurçin Hacıbəyli tərəfindən təsis edildiyini diqqətə çatdırıb. O, həyata keçirdikləri tədbirlərdən söz açaraq Fransada doğulub böyüyən gənc nəsilə xüsusi diqqət göstərdiklərini və bu nəslə tarixi həqiqətlərin çatdırilmasının vacibliyini vurgulayıb. 

Mirvari Fətəliyeva Xocali qətliamınin tarixi barədə danişaraq, bu faciənin  hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxdığını bidiriib. O müsabiqǝ xarakterli bu tǝdbirdǝ uşaqlarin Xocalı soyqırımı qurbanlarının xatirəsinə vǝ sülhǝ həsr olunan rǝsmlǝr çǝkəcəklərini izah edib.

  • Parisdə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar uşaqların iştirakı ilə “Sülh üçün rəsm çəkək” adlı tədbir keçirilib
    Parisdə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar uşaqların iştirakı ilə “Sülh üçün rəsm çəkək” adlı tədbir keçirilib
    © Photo : "Azərbaycan Evi"

1 / 6

Daha sonra söz ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyova verilib. Səfir tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımından danışaraq qeyd edib ki, doğma vətəndən uzaqda yaşayan uşaqlar tariximizi, şəhidlərimizin qəhrəmanlığını heç vaxt unutmamalıdırlar. Bu baxımdan belə tədbirlərin təşkilinin böyük əhəmiyyəti olduğunu qeyd edib.

Tədbirdə istirak edən əməkdar rəssam Əsmər Nərimanbəyova və rəssam Nigar Nərimanbəyova uşaqlara Xocalı və sülh mövzusu ətrafında rəsmlərin çəkilməsində öz məsləhətlərini vermiş və çəkilən rəsm əsərləri Azərbaycanın Mədəniyyət mərkəzində sərgilənmişdir. Tədbirdə diplomatlarla yanaşı azərbaycanlı və fransız valideynlər iştirak ediblər.

Əsas mövzular