22:11 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
373801

Təmas xəttində sükutu Azərbaycan ordusunun cavab atəşindən sonra bərpa etmək mümkün olub

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 21 fev — Sputnik. Ermənistan silahlı birləşmələri Ağdamın cəbhə xəttinə yaxın yerləşən kəndlərini atəşə tutub.

Sputnik Azərbaycan-ın məlumatına görə, qarşı tərəf yandırıcı güllələrdən də istifadə edib. Atılan güllələrdən bir neçəsi təmas xəttinə yaxın yerləşən Hacıməmmədli kəndi ərazisindəki məcburi köçkünlərin təsərrüfatındakı ot tayasına dəyib.

Təsərrüfat sahibi Nuridə Məmmədovanın sözlərinə görə, 1500 tona yaxın ot yanıb. Hadisə yerinə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və alovun yaxınlıqdakı digər obyektlərə keçməsinin qarşısı alınıb.  

Təmas xəttində sükutu Azərbaycan ordusunun cavab atəşindən sonra bərpa etmək mümkün olub.

Əlaqədar

Atəşkəs rejimi 31 dəfə pozulub
Ermənistan atəşkəsi pozmaqda davam edir
Üç ölkə Suriyada atəşkəsə nəzarət üzrə qrup yaradır
Teqlər:
FHN, Nuridə Məmmədova, Hacıməmmədli kəndi, Ağdam, Azərbaycan

Əsas mövzular