21:14 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
31301

"Dağlıq Qarabağda qeyri-qanuni “referendum”un keçirilməsi özbaşınalıqdır və beynəlxalq hüquqa qarşı hörmətsizlikdir"

BAKI, 20 fev — Sputnik. Dağlıq Qarabağda qeyri-qanuni “referendum”un keçirilməsi özbaşınalıqdır və beynəlxalq hüquqa qarşı hörmətsizlikdir. Bunu millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda bir daha göstərirlər ki, onlar separatçı düşüncəni, bölgədə sülhə qarşı olan bir anlayışı davam etdirirlər: “Azərbaycan da öz haqlı davasını davam etdirməli, mübarizəsini aparmalıdır. Hesab edirəm ki, əvvəl-axır bu “referendum”u keçirənlər cinayət məhkəməsi qarşısında cavab verəcəklər. Ona görə də, bu məsələdə prinsipial mövqeyimiz budur ki, bu, qanunsuz, özbaşına və qondarma bir qurumun keçirdiyi “tədbir”dir və bunun hər hansı bir şəkildə tanınması yolverilməzdir”.

Millət vəkili deyib ki, ATƏT-in Minsk Qrupu məsələyə sərt mövqe bildirməlidir: “Qeyri-qanuni bir qurum hər hansı bir şəkildə belə bir “tədbir” keçirməyə cəhd göstərirsə, bu, beynəlxalq hüquqa qarşı bir demarşdır”.

Əlaqədar

Türkiyə "DQR"də keçiriləcək "referendum"u tanımayacaq
Referendum layihəsi təsdiqləndi
Teqlər:
ATƏT-in Minsk Qrupu, Fazil Mustafa, Dağlıq Qarabağ, Azərbaycan

Əsas mövzular