QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ATƏT sədri Qarabağ münaqişəsinin həllinə yardım edəcək

© AFP 2023 / John MACDOUGALМинистр иностранных дел Австрии Себастьян Курц, фото из архива
Министр иностранных дел Австрии Себастьян Курц, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT-in fəaliyyətdə olan sədri həll olunmamış münaqişələrin nizamlanmasına yardım edəcəyinə söz verib

BAKI, 4 fev — Sputnik. "Həll olunmamış münaqişələrin nizamlanmasına yardım etməyə çalışacağıq". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Kişinyovda keçirilən brifinqdə Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts Dnestryanı münaqişəsinin nizamlanmasına dair məsələni şərh edərkən deyib.

Federallaşma məsələsi barədə danışan S.Kurts, münaqişənin həllinə gətirib çıxara biləcək bütün təklifləri dinləməyə hazır olduğunu söyləyib. Ancaq onun fikrincə, doğru yol Moldovanın ərazi bütövlüyünü nəzərə alaraq, Dnestryanıya xüsusi status verməkdir.

"Münaqişə və Dnestryanı problem uzun müddətdir mövcuddur. Hesab edirəm ki, əsas məqsədləri müəyyənləşdirmək və məsələnin tez zamanda həllinin mümkün olmadığını anlamaq vacibdir" — o əlavə edib.

Xəbər lenti
0